İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.
Sonuncu qarşılaşmada “Çelsi” və “Mançester Siti” üz-üzə gəlib. Fasiləyədək hesab açılmayıb. Yeganə qol 63-cü dəqiqəyə təsadüf edib. “Şəhərlilər”in əlcəzairli futbolçusu Riyad Mahrez meydana daxil olduqdan 3 dəqiqə sonra hesabı açıb. Qalan vaxtda başqa qol vurulmayıb. Beləliklə “Mançester Siti” “Çelsi”ni minimal hesabla məğlubiyyətə uğradıb. “Zadəganlar” son 6 qarşılaşmanın 4-də uduzub. Qrem Potterin komandası hazırda 25 xalla 10-cudur. “Arsenal” 44 xalla yarış cədvəlinə başçılıq edir. 5 xal az toplayan “Mançester Siti” 2-ci, “Nyukasl” 35 xalla 3-cüdür.